IMG-LOGO

Moldova fermerləri hökuməti kütləvi etiraz aksiyaları ilə hədələyirlər

06 Apr 2026 17:01 5 baxış
IMG

Moldovada fermerlər, hakimiyyəti kənd təsərrüfatı sektoruna kömək etmək üçün təcili tədbirlər görülməsə, kütləvi etiraz aksiyaları keçirəcəkləri ilə hədələyirlər.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Fermerlərin Gücü" Assosiasiyasının ölkənin Prezidenti, Baş naziri və parlament spikerinə ünvanlanmış açıq məktubunda bildirilib.

"Yanacağın 60 %-dən çox bahalaşması fonunda hakimiyyətin kənd təsərrüfatı məhsullarına 20 % ƏDV dərəcəsi tətbiq etmək niyyəti və subsidiya siyasəti çərçivəsində taxıl və yağlı bitki sektoru fermerlərinin maraqlarına məhəl qoymaması faktiki olaraq mikro, kiçik və orta kənd təsərrüfatı istehsalçılarını yaşamaq şansından məhrum edir.

Əgər qarşıdakı 5 gün ərzində hakimiyyət tərəfindən yardım tədbirlərinin həyata keçirilməsi istiqamətində addımlar görməsək, kütləvi etiraz aksiyaları keçirmək hüququmuzu özümüzdə saxlayacağıq", - bəyanatda qeyd edilib.

Xəbər lenti