Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Göygöl rayonunda vətəndaşları qəbul edəcək.
"Report" komitəyə istinadən xəbər verir ki, qəbul aprelin 10-da saat 10:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi) baş tutacaq.
Qəbul zamanı Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.