IMG-LOGO

Qazaxıstan Ermənistan dəmir yollarının konsessiyasını əldə etmək üçün müzakirələr aparmır

06 Apr 2026 15:54 3 baxış
IMG

Qazaxıstan Ermənistan dəmir yolları üzrə Rusiya konsessiyasının alınmasına dair danışıqlar aparmır.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Qazaxıstan"a "Qazaxıstan Dəmir Yolu" SC-dən və respublikanın Nəqliyyat Nazirliyindən bildirilib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Rusiyanın razılığı alınarsa, Ermənistan Qazaxıstanın Ermənistan dəmir yolları üzrə Rusiya konsessiyasını əldə etməsinin əleyhinə deyil. Bununla yanaşı, Rusiya tərəfi belə bir əməliyyatı həyata keçirmək niyyətində olmadığını bəyan edib.

Ermənistanda fəaliyyət göstərən "Cənubi Qafqaz dəmir yolu" QSC "Rusiya dəmir yolları" ASC-nin 100%-lik törəmə şirkətidir. "Rusiya dəmir yolları" ilə Ermənistan arasında konsessiya sazişi 2008-ci ildə imzalanıb. Sənəd daha 10 il uzadılmaq hüququ ilə 30 il müddətinə imzalanıb.

Xəbər lenti