IMG-LOGO

İlham Əliyev Gürcüstanın prezidenti və baş naziri ilə görüşdü

06 Apr 2026 13:33 2 baxış
IMG
2 0

Aprelin 6-da Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və həmin ölkənin Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşləri olub.

Lent.az xəbər verir ki, dövlət başçımızın Gürcüstanın prezidenti ilə görüşündə söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunuldu.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildirdilər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Görüşdən sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.

Rəsmi xəbərlər İlham Əliyevin xarici səfərləri Gürcüstan prezidenti

Xəbər lenti