IMG-LOGO

Viktor Kipiani: Bakı-Tbilisi münasibətləri Cənubi Qafqazda sülh və sabitliyin sütunudur

06 Apr 2026 13:41 4 baxış
IMG

Gürcüstan-Azərbaycan münasibətləri daim Cənubi Qafqazda sabitliyin, sülhün və qarşılıqlı faydalı əməkdaşlığın dayağıdır.

Bunu "Report"un Tbilisidəki müxbirinin sualına cavabında Gürcüstanın "Geocase" analitik təşkilatının sədri Viktor Kipiani deyib.

Ekspertin sözlərinə görə, regionda təhlükəsizlik məsələlərində çoxtərəfli əməkdaşlıq formatlarının əhəmiyyəti artır və Azərbaycan-Gürcüstan-Türkiyə formatı onların arasında xüsusi yer tutur:

"Kollektiv təhlükəsizlik sistemlərinin qurulmasından danışarkən bir neçə mühüm tendensiya müşahidə edirik. Azərbaycan–Gürcüstan–Türkiyə üçtərəfli formatı çoxdan mövcud olsa da, bu gün həmişəkindən daha aktualdır. Düşünürəm ki, xüsusilə Gürcüstan tərəfindən daha böyük fəallığn nümayiş etdirilməsinin vaxtı gəlib çatıb".

O vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında münasibətlərin əhəmiyyətli tarixi irsi formalaşıb:

"Cənubi Qafqaz regionundan danışarkən Gürcüstan-Azərbaycan münasibətləri hər zaman sabitlik, sülh və səmərəli əməkdaşlığın dayağı olub. Lakin dünya dəyişir, yeni tendensiyalar meydana çıxır və indi bu tərəfdaşlığın daha rəqabətqabiliyyətli, möhkəm və müasir olması yollarını müzakirə etmək vacibdir".

V.Kipiani əlavə edib ki, ölkələr arasında yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlər üçün həm siyasi, həm də mühüm emosional əhəmiyyət kəsb edir.

Xəbər lenti