IMG-LOGO

Fərid Talıbov Okinavanın qubernatorunu WUF13-ə dəvət edib

06 Apr 2026 11:02 4 baxış
IMG

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Okinava prefekturasının qubernatoru Denni Tamakini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.

"Report" xəbər verir ki, diplomat bu barədə "X" hesabında yazıb.

"Okinava prefekturasının qubernatoru Denni Tamaki ilə görüşmək xoş oldu. Səmimi qəbula və söhbətə görə təşəkkür edirəm. Görüş zamanı Bakıda keçiriləcək WUF13-də iştirak etmək üçün dəvət təqdim olunub", - o bildirib.

Xatırladaq ki, WUF13 mayın 17-22-də keçiriləcək.

Xəbər lenti