IMG-LOGO

Türkiyə Prezidentinin sədrliyi ilə NK iclası keçiriləcək, Yaxın Şərqdəki gərginlik müzakirə olunacaq

06 Apr 2026 08:34 11 baxış
IMG

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.

"Report" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, iclasda Yaxın Şərqdəki gərginlik gündəm mövzusu olacaq. Xüsusilə İrandakı savaşın iqtisadiyyata təsirlərinin müzakirə ediləcəyi toplantıda mövcud böhrandan Türkiyənin daha az zərərlə çıxması üçün görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, Qəzza sektorundakı mövcud vəziyyət və sözügedən əraziyə humanitar yardımların çatdırılması da müzakirə obyekti olacaq.

Xəbər lenti