Peru Baş Prokurorluğu Nazirlər Şurasının sədri Alberto Otarolaya qarşı qohum və tanışlarının dövlət vəzifələrinə gətirilməsinə pozuntularla bağlı cinayət işi açıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, artıq baş nazirlə bağlı ilkin araşdırmalara başlanılıb.
Baş nazir “qanunsuz himayədarlıq”da və dövlət qulluqçusunun “vəzifəsinə uyğun gəlməyən hərəkətlərə” təhrik etməkdə şübhəli bilinir. Baş Prokurorluq yaydığı məlumatda bildirib ki, belə faktlardan biri Yacire Vazquezin Müdafiə Nazirliyində işə götürülməsidir.