IMG-LOGO

Siyarto: Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcək

05 Apr 2026 19:27 3 baxış
IMG

Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan mühafizəsini gücləndirmək barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto qaz kəmərinin Serbiya hissəsindəki təxribat cəhdi ilə əlaqədar Baş nazir Viktor Orbanın çağırdığı ölkənin Müdafiə Şurasının iclasının yekunlarına dair videomüraciətində bildirib.

Siyartonun sözlərinə görə, o, Serbiya və Türkiyənin energetika nazirləri, həmçinin Rusiyanın energetika nazirinin birinci müavini ilə telefon danışığı aparıb.

"Biz razılaşdıq ki, kəmər fiziki olaraq hər zamankından daha etibarlı şəkildə qorunmalıdır, çünki ona hücumlar getdikcə daha tez-tez baş verir. Biz sıx əlaqələr saxlamaq barədə razılığa gəldik. Hər bir tərəf öz töhfəsini verəcək və bütün Avropa boyu "Türk axını" boru kəmərinin qorunması üçün qəti tədbirlər görəcək", - Macarıstanın XİN rəhbəri bildirib.

Xəbər lenti