IMG-LOGO

Dastin Sleva "Jalgiris"lə müqavilənin müddətini uzadıb

05 Apr 2026 15:00 3 baxış
IMG

Litvanın "Jalgiris" basketbol klubu hücumçu Dastin Sleva ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, yeni müqavilə 2027/2028 mövsümünün sonunadək qüvvədə olacaq.

Razılaşmaya əsasən, 2027-ci ilin yayında bonus ödənilməsi şərti ilə basketbolçunun transferinə icazə verən bənd də nəzərdə tutulub.

30 yaşlı amerikalı basketbolçunun əvvəlki sözləşməsi 1 illik idi .

Lakin onun cari mövsümdəki uğurlu çıxışı klub rəhbərliyini müqavilənin müddətini artırmağa vadar edib.

Dastin Sleva bu mövsüm Avroliqada keçirdiyi 35 oyunda orta hesabla 20 dəqiqə meydanda olub. O, hər matçda 6,9 xal, 3,5 ribaund və 1,1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti