IMG-LOGO

İran Bəhreyndəki "Gulf Petrochemical Industries" şirkətinə zərbə endirib

05 Apr 2026 14:09 3 baxış
IMG

İran pilotsuz uçuş aparatları ilə (PUA) Bəhreynin "Gulf Petrochemical Industries" neft-kimya şirkətinin obyektlərinə hücum edib.

"Report" xəbər verir ki, bu, Bəhreyn İnformasiya Agentliyinin istinad etdiyi korporasiyanın bəyanatında qeyd olunub.

"Bir neçə istehsalat bölməsi İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb ki, bu da yanğına səbəb olub. Yanğın tamamilə nəzarətə götürülüb və söndürülüb, xəsarət alan yoxdur", - şirkətdən bildirilib.

Mütəxəssislər dəymiş maddi ziyanın qiymətləndirilməsini aparırlar.

Xəbər lenti