Gəncədə keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ikinci gündə daha səkkiz çəkidə mükafatçılar bəlli olacaq.
Oğlanlar 73 kq, 81 kq, 90 kq, +90 kq, qızlar 57 kq, 63 kq, 70 kq, +70 kq-da mübarizə aparacaqlar.
Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycan cüdoçuları 13 medal əldə ediblər.