IMG-LOGO

KİV: Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır

05 Apr 2026 08:31 6 baxış
IMG

Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib.

Məlumata görə, Çindəki özəl firmalar ABŞ-nin hərbi fəaliyyətini izləmək və sonra bu məlumatları satmaq üçün süni intellekti açıq mənbəli məlumatlarla, o cümlədən peyk görüntüləri ilə birləşdirirlər.

"Bildiyim qədəriylə, onlar Çinin "Jilin" peyk qrupu kimi məlumat toplayanlardan çoxlu görüntü alırlar", - "American Enterprise Institute"un tədqiqatçısı Rayan Fedosyuk bildirib.

WP qeyd edib ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri süni intellektin hazırkı vəziyyətinə şübhə ilə yanaşsalar da, Çində bu cür texnologiyaların mümkün inkişafı ilə bağlı narahatlıqlarını bildiriblər.

Xəbər lenti