ABŞ-nin Luiziana ştatında Laos Yeni ilinin qeyd edildiyi festivalın keçirildiyi ərazinin yaxınlığında avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, xəsarət alanlardan 13-ü xəstəxanaya yerləşdirilib.
"Festivalın yaxınlığında baş verən hadisə xəbərindən dərin kədər hissi keçiririk", - təşkilatçılar bildirib. Onlar planlaşdırılan bütün tədbirlərin ləğv olunduğunu qeyd ediblər.
"Reuters"in məlumatına görə, İberiya Periş dairəsi şerifinin ofisi hadisədən qısa müddət sonra şübhəlini həbs edib, lakin motiv hələ müəyyən olunmayıb.