IMG-LOGO

Hindistanda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var

05 Apr 2026 04:44 9 baxış
IMG

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında sərnişin avtobusu xəndəyə aşıb, ölənlər var.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 sərnişin olub.

"Rəsmilər ölənlər arasında iki kişi və iki qadının olduğunu, 18 nəfərin isə xilas edildiyini və müalicə olunduğunu bildiriblər", - məlumatda bildirilib.

Xəbər lenti