İranın Buşehr nüvə elektrik stansiyasına hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur.
"Report" xəbər verir ki, bu, İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) ünvanladığı məktubda qeyd olunub.
"Buşehr nüvə elektrik stansiyasına qarşı davam edən hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur və bu addım cavabsız qalmamalıdır" o bildirib və əlavə edib ki, İranın dinc məqsədlərlə fəaliyyət göstərən nüvə obyektləri bombardman olunub:
"1 martda Natanz nüvə obyekti iki dəfə hücuma məruz qalıb. 17 martda Buşehr nüvə stansiyasından cəmi 350 metr aralıda yerləşən bir tikiliyə hücum edilib. 21 martda Natanz nüvə obyektinin bir neçə nöqtəsi bombardman olunub. 24 martda Buşehr nüvə stansiyasının ətrafına bir mərmi düşüb. 27 martda Buşehr nüvə stansiyası üçüncü dəfə hücuma məruz qalıb. 27 martda Xondabdakı ağır su istehsalı zavoduna zərbələr endirilib. Həmin gün uran emalı obyekti də atəşə tutulub. Buşehr nüvə stansiyasına təkrar hücumlar İranı narahat edir. Bu hücumların aktiv nüvə obyektinə yaxınlığı ciddi radioloji yayılma təhlükəsi yaradır".
22:48
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumu ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) məktub ünvanlayıb.
"Report" xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.
O məktubda qeyd edib ki, ABŞ və İsrailin İranın nüvə oyektlərinə hücumları ağır humanitar və ekoloji nəticələrə səbəb ola bilər.