Qarabağ hərəkatı Ermənistan Respublikasının yaradılmasına mane olan bir rıçaq idi.
"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında bildirib.
"Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi", - Paşinyan deyib.
Onun sözlərinə görə, Qarabağ hərəkatı yalnız Ermənistan Respublikasının yaradılmasına mane olan rıçaq olub. "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - Baş nazir vurğulayıb.