IMG-LOGO

Vadim Kuramşın: "Planımızı tam həyata keçirə bilmədik, gücümüz çatmadı"

04 Apr 2026 18:37 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk görüşləri çərçivəsində NTD ilə qarşılaşan "Sumqayıt"ın qələbə qazanmağa gücü çatmayıb.

"Report" xəbər verir ki bunu baş məşqçi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ilk hissədə NTD-nin məhsuldar oyununu xüsusi qeyd edib:

"NTD-ni qələbə münasibətilə təbrik edirəm. Onlar oyunun ilk hissəsində yüksək məhsuldarlıq nümayiş etdirdilər. Təsadüfi deyil ki, fasiləyə qədər 10 dəqiq "üçlük"lə yadda qaldılar və 20 xallıq fərq yaratdılar. İkinci hissədə vəziyyətdən çıxmaq istədik və bu, müəyyən qədər alındı. Amma planımızı tam həyata keçirə bilmədik, bir az gücümüz çatmadı".

V.Kuramşın ikinci hissədəki oyunun cavab matçı üçün ümidverici olduğunu bildirib:

"Fasilədən sonrakı çıxışımız növbəti görüş ərəfəsində bizi ümidləndirdi. Sumqayıtdakı oyuna ciddi hazırlaşacağıq".

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən görüş NTD-nin 121:107 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti