IMG-LOGO

Tahir Baxşıyev: "Sumqayıt"la cavab görüşünə ciddi hazırlaşacağıq"

04 Apr 2026 18:50 3 baxış
IMG

NTD Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Sumqayıt"la cavab matçına ciddi hazırlaşacaq.

"Report" xəbər verir ki, bunu baş məşqçi Tahir Baxşıyev paytaxt klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis pley-in mərhələsində Sumqayıt təmsilçisinə qarşı ilk matçla bağlı fikirlərini bildirib:

"Komandanı təbrik edirəm. Pley-off yolunda ilk addımı atdıq. Bilirdik ki, bizi çətin oyun gözləyir. "Sumqayıt" yaxşı komanda olduğunu sübut etdi, sona qədər mübarizə apardılar. Bizim isə arxayınlaşmağa haqqımız yoxdur. Cavab görüşü də çox ağır olacaq, ona görə də həmin matça ciddi hazırlaşacağıq".

Baş məşqçi komandanın hazırkı formasından razı olduğunu qeyd edib:

"Hazırda komandamız daha yaxşı oynayır, sadəcə diqqəti itirmək olmaz. Oyunçularım mənim istədiyim kimi çıxış edə bilirlər. Əgər bu şəkildə davam etsələr, bizi qarşıda hələ çox oyun gözləyir".

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən NTD - "Sumqayıt" matçı birincilərin 121:107 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti