IMG-LOGO

Avropa Kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları ilk gündə 13 medal qazanıblar

04 Apr 2026 18:58 4 baxış
IMG

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunun ilk gününü 13 medalla başa vurublar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, onlardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc əyarlıdır.

Rza Xəlilov (55 kq) qızıl, İbrahim Talıbov, (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) gümüş mükafata sahib çıxıblar.

Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52) bürünc medal qazanıb.

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Xəbər lenti