IMG-LOGO

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi baş tutub

04 Apr 2026 16:53 2 baxış
IMG

Gəncədə təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Gəncə İdman Sarayındakı tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, Avropa Cüdo Birliyinin İdman Komissarı Patris Roqnon, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov, Gəncə Daşkəsən regional idarəsinin rəisi Elşən Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən rəsmilər turnirin əhəmiyyətindən söz açıblar və iştirakçı cüdoçulara uğurlar arzulayıblar.

Natiq Bağırov yarışda 10 ölkədən 269 cüdoçunun mübarizə apardığını xatırladıb:

"Azərbaycanın qazandığı uğurların dövlətin diqqət və qayğısının nəticəsidir. Ölkəmiz müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir. Bu il cüdo üzrə böyüklər arasında dünya çempionatı da Bakıda keçiriləcək".

Ardınca mərasimin bədii hissəsi start götürüb. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" ritm və rəqs ansamblı çıxışlar ediblər.

Xatırladaq ki, Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Xəbər lenti