IMG-LOGO

Baş nazir yağışın vurduğu ziyanla bağlı tapşırıqlar verdi

04 Apr 2026 15:19 2 baxış
IMG
0 0

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə martın 26 – 28-də Respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

Baş nazir Əli Əsədov leysan yağışları

Xəbər lenti