IMG-LOGO

SEPAH "Gerçək vəd – 4" əməliyyatının növbəti dalğasını həyata keçirib

03 Apr 2026 21:17 2 baxış
IMG

İran İslam İnqilabı Korpusu (SEPAH) "Gerçək vəd – 4" əməliyyatının 93-cü dalğasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, İsrailin dörd şəhəri atəşə tutulub.

"Hərbçilərin toplanış və döyüşə dəstək mərkəzləri hədəfə alınıb", - məlumatda qeyd olunub.

SEPAH "Gerçək vəd – 4" əməliyyatının 93-cü dalğasının raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyini açıqlayıb.

"İsrailə hava zərbələri davam edəcək", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər lenti