IMG-LOGO

Serbiya XİN rəsmisi: Azərbaycanla tərəfdaşlıq barədə yanaşmanı qonşularımıza izah etmək vacibdir

03 Apr 2026 14:01 2 baxış
IMG

Serbiyada Azərbaycandan olan tərəfdaşlarla birlikdə müxtəlif layihələr həyata keçirilir.

Bunu Serbiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Damyan Yoviç "Report"un Balkan bürosuna müsahibəsində deyib.

O bu yanaşmanı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya və digər qonşu ölkələrə də izah etməyin vacibliyinə diqqət çəkib.

"Əlaqələndirmə məsələsi də xüsusi əhəmiyyət daşıyır. Magistral yollar və digər infrastruktur layihələri olmadan biznesin inkişafı üçün əlverişli şərait yaratmaq mümkün deyil. Bu sahədə biz, o cümlədən Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə Serbiyada müxtəlif layihələr həyata keçiririk. Hesab edirik ki, bu yanaşmanı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya və digər qonşularımıza da izah etmək vacibdir".

XİN Dövlət katibi SOCAR-ın Niş şəhəri yaxınlığında qazla işləyən istilik elektrik stansiyası layihəsinə diqqət çəkərək Azərbaycan investisiyalarının səviyyəsini də yüksək qiymətləndiririb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti