Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 853,771 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 33,6 % azdır.
Son 1 ildə Birjada bağlanmış əqdlərin sayı isə 20,3 % azalaraq 5 934 olub.
BFB-nin dövriyyəsinin 90,7 %-i, yaxud 10 milyard 752,616 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 35,7 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 3,4 dəfə artaraq 773,554 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 2, dəfə azalaraq 327,601 milyon manat olub.