Davamlı yağışlardan sonra Mahaçqalada 170-dən çox küçə və 3 700-dən çox ev su altında qalıb.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Cambulat Salavov öz Telegram kanalında məlumat verib.
"Martın 27–29-da yağan güclü yağışlar nəticəsində zərər çəkmiş vətəndaşların yaşayış sahələrinin və əmlakının yoxlanılması üzrə komissiyanın geniş iclasını keçirdim… Aprelin 2-nə olan məlumata görə, şəhərin 173-dən çox küçəsini, 3 755 yaşayış evini və eyni sayda həyətyanı sahəni su basıb", – Salavov yazıb.
Onun sözlərinə görə, əhalidən 2 300-dən çox müraciət qəbul edilib. Mer zərərçəkənlərə yardım üçün dəqiq alqoritmlərin hazırlandığını qeyd edib.