IMG-LOGO

Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb

02 Apr 2026 23:06 4 baxış
IMG

Ermənistan Müdafiə Nazirliyinin Armavir bölgəsinin Baqramyan icmasında yerləşən təlim poliqonunda partlayış baş verib.

"Report"un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, 39 yaşlı digər hərbçi isə yaralanaraq hərbi hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Ölən və yaralananın şəxsiyyəti, eləcə də hadisənin baş vermə səbəbləri müəyyən edilir.

Xəbər lenti