IMG-LOGO

Əraqçi: ABŞ və İsrailin mülki hədəflərə endirdiyi zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək

02 Apr 2026 23:36 3 baxış
IMG

ABŞ və İsrailin körpülərə və digər mülki infrastrukturlara endirdiyi zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.

"Tamamlanmamış körpülər də daxil olmaqla, mülki tikililərə endirilən zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək", - deyə o əlavə edib.

Əraqçi vurğulayıb ki, bu hərəkətlər yalnız düşmənin nüfuzuna mənfi təsir göstərir: "Bu, yalnız istiqamətini itirmiş düşmənin məğlubiyyətini və mənəvi çöküşünü göstərir. Hər bir körpü və bina əvvəlkindən daha güclü şəkildə yenidən qurulacaq. Heç vaxt bərpa olunmayacaq şey Amerikanın nüfuzuna dəyən ziyandır".

İran hakimiyyəti daha əvvəl Tehranın qərbində, Kərəc şəhərində tikilməkdə olan körpüyə iki zərbə endirildiyini bildirib. Hücum nəticəsində ən azı iki mülki şəxs həlak olub.

Xəbər lenti