Frenk İlett təslim oldu: 543 gün sonra, “Mançester Yunayted”in beş oyunluq qələbə seriyasını gözləmədən saçını kəsdirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Yaxşı, bəsdir," Frank saç qırxan başına tutaraq deyib. Azarkeşin başından bir tük belə düşməyib - gənc oğlan 1 aprel zarafatını edib. O, asanlıqla qırılmayacaq.
"Mançester Yunayted"in son oyunu "Bornmut"la 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Qırmızı şeytanlar"ın bu mövsüm cəmi yeddi oyunu qalıb. Maykl Kerrikin komandası beş oyunluq qələbə seriyasını davam etdirə bilməsə, Frenk növbəti mövsümü gözləməli olacaq.
Qələbə seriyası olmasa belə, "mankunianlar" çempionatda yaxşı nəticələr göstərirlər: 31 turdan sonra komanda 55 xalla turnir cədvəlində üçüncü yerdədir.
Frenk İlett azarkeş "Mançester Yunayted"