Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib.
"Report"un yerli bürosunun məlumatına əsasən, hökumət bu vizanı əldə etmək üçün əcnəbi vətəndaşların Gürcüstanda dəyəri 150 min ABŞ dollarından çox olan daşınmaz əmlaka sahib olması barədə qərar qəbul edib.
Bundan əvvəl bu limit 100 min dollar idi.
Qanunvericiliyə görə, D5 vizası (kənd təsərrüfatı torpaqları istisna olmaqla) göstərilən məbləğdən artıq dəyəri olan daşınmaz əmlaka sahib şəxslərə, eləcə də onların həyat yoldaşı və uşaqlarına verilir. Əmlakın bazar dəyəri isə rəsmi qaydada akkreditə olunmuş qiymətləndirici tərəfindən müəyyən edilir.
D5 kateqoriyalı immiqrasiya vizası 1 il müddətinə verilir.
Yeni qaydalar artıq qüvvəyə minib və 1 mart 2026-cı il tarixindən sonra yaranan hüquqi münasibətlərə şamil edilir.