IMG-LOGO

"Aqrar Tədarük və Təchizat" auditor seçib

02 Apr 2026 13:04 4 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Hesabat" MMC-dir.

Qalib şirkətə 5 min manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 8,3 min manat ödənilib.

Xəbər lenti