IMG-LOGO

Azərbaycan şirkəti nizamnamə kapitalını kəskin artırır

02 Apr 2026 11:41 2 baxış
IMG

"BQ" ASC nizamnamə kapitalını 200 500 manat və yaxud 51 dəfə artıraraq 4 010 manatdan 204,510 manata çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 005 manat olan 100 ədəd yeni səhm buraxılacaq.

Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" OSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Xatırladaq ki, "BQ" 2016-cı ilə yaradılıb, səhmdarı 100 % Fərman Quliyevdir. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.

Xəbər lenti