Rusiyanın Çuvaşi bölgəsində qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə REN TV öz "Telegram" kanalında məlumat yayıb.
Çeboksarı şəhərinin 36 yaşlı sakini övladına qarşı cinayət törətməkdə şübhəli bilinirdi.
Müstəntiqlər hesab edir ki, o hazırda 12 yaşında olan qızı 2022-ci ilin yayından 2023-cü ilin sonuna qədər zorlayıb.
Şübhəli şəxs zavodda işləyirmiş.