IMG-LOGO

Oğrulardan bezərək avtomobilini zəncirlədi - FOTO

02.03.2024 21:58 71 baxış
IMG

Türkiyənin Samsun şəhərinin İlkaddım rayonunda 30 ildir parça istehsalı ilə məşğul olan Alaattin Atıcı maraqlı üsulla avtomobilini qoruyur.

Lent.az xəbər verir ki,

Atıcı 10 metr uzunluğundakı zənciri avtomobilinin qapı tutacaqlarına bağlayır, yük yerini və qapıları qıfılla bağlayır.

O iş yerinə apardığı parçaların avtomobilindən oğurlandığını görəndən sonra bu üsula əl atıb.

Avtomobilinin köhnə model olduğunu bildirən Atıcı çay qaşığı ilə də onu açmağın mümkün olduğunu deyib:

"Zənciri taxmaqda məqsəd çəkindirici rol oynayıb. Bundan sonra anladım ki, məhsullarım hələ oğurlanmayıb. Bunu bacardığım üçün şadam. Maşına minəndə də, düşəndə ​​də məni narahat etmir. 10 dəqiqə vaxtımı alır. Bunu məmnuniyyətlə edirəm".

Xəbər lenti