IMG-LOGO

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

31 Mar 2026 14:42 4 baxış
IMG

Aprelin 2-dən Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış yeni elektron tərəzilər istismara veriləcək.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, elektron tərəzilər M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Bakı istiqaməti, S18, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Qazax istiqaməti, S19, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Bakı istiqaməti, S20, Gəncə), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Qazax istiqaməti, S21, Gəncə), R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Bakı istiqaməti, S22, Mingəçevir), eyni zamanda R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Mingəçevir istiqaməti, S23) quraşdırılacaq.

Agentlik sürcülərdən nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və oxa düşən kütlə normalarına ciddi riayət etmələrini xahiş edib.

Bildirilir ki, qaydaların pozulması hallarında inzibati məsuliyyət nəzərdə tutulur.

Xəbər lenti