IMG-LOGO

Bəhreyn Yaxın Şərqdə gərginliyin başlanmasından bəri 182 raket və 400 PUA ələ keçirib

31 Mar 2026 14:48 4 baxış
IMG

Bəhreyn silahlı qüvvələri Yaxın Şərqdə gərginliyin başlanmasından bəri ölkənin hava məkanında 182 raket, 400 pilotsuz uçuş aparatı ələ keçirib və məhv edib.

"Report" xəbər verir ki, bu barədə Bəhreyn ordusunun Baş Qərargahının mətbuat xidmətinin məlumatında deyilir.

"Bəhreyn qüvvələrinin fəaliyyəti Krallığın hava məkanının təhlükəsizliyinə inam yaratmağa davam edir", - mətbuat xidmətindən bildirilib. Baş Qərargah vətəndaşları öz təhlükəsizlikləri naminə son dərəcə ehtiyatlı olmağa çağırıb.

Xəbər lenti