IMG-LOGO

İranda Qəşm adasındakı duzsuzlaşdırma zavodu hava zərbəsi ilə məhv edilib

31 Mar 2026 14:59 4 baxış
IMG

İranda Qəşm adasındakı duzsuzlaşdırma zavodlarından biri hava zərbəsi nəticəsində sıradan çıxarılıb.

"Report" Yaxın Şərq KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb.

Zərbənin endirildiyi tarixi göstərilməyib.

"Qəşm adasında içməli su duzsuzlaşdırma qurğuları vasitəsilə təmin edilir. Onlardan biri hücuma məruz qalıb və tamamilə sıradan çıxarılıb. Onun qısamüddətli perspektivdə təmiri mümkün deyil", - nazirliyin nümayəndəsi bildirib.

Xəbər lenti