IMG-LOGO

Sumqayıtda 30 min evdə qaz olmayacaq

31 Mar 2026 10:06 3 baxış
IMG
0 0

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.

Bu barədə Lent.az-a "Azəriqaz"dan məlumat verilib.

Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, təxminən, 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Sumqayıtda qaz olmayacaq

Xəbər lenti