IMG-LOGO

“Kokain” begemotlarını ölkədən qovmaq mümkün olmadı

01.03.2024 21:42 48 baxış
IMG

Meksikada təbiət qoruğunun sahibi Ostok şikayət edir ki, Kolumbiya hakimiyyətinin "kokain" begemotlarını ölkədən qovmaq qərarı nicra olunmayıb.

Lent.az xəbər verir ki, bu barədə Excelsior nəşri yazır.

Ernesto Zazueta bildirib ki, bir il əvvəl Kolumbiyadan 74 begemotu Meksika, Hindistan və Peruya köçürməyi təklif edib, lakin ölkə hökuməti buna icazə verməyib. Bir vaxtlar bədnam narkobaron Pablo Eskobarın malikanəsində saxladığı begemotlar indi vəhşi təbiətdə çoxalır və Kolumbiyanın ekosistemini təhdid edir. Hazırda 170-ə yaxın begemot var.

Xəbər lenti