IMG-LOGO

İsrail Tehrandakı hərbi sənaye komplekslərinə zərbələr endirib

30 Mar 2026 01:11 3 baxış
IMG

İsrailin Hərbi Hava Qüvvələri gün ərzində İranın paytaxtı Tehran ərazisindəki hərbi sənaye komplekslərinə bir sıra zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyatda 150-dən çox qırıcı təyyarə iştirak edib və 120-dən çox sursatdan istifadə edilib.

Hədəflər arasında silah tədqiqatı, inkişafı və istehsalına aid müəssisələr də olub.

İsrail ballistik raketlərin istehsal olunduğunu və saxlanıldığını iddia etdiyi obyektlər də vurub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti