Böyük Britaniya öz hava hücumundan müdafiə (HHM) sistemi "Rapid Sentry"ni Küveytə göndərəcək.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti ölkənin Baş naziri Kir Starmerin ofisinə istinadən bildirib.
Vurğulanıb ki, sistemin yerləşdirilməsinin detallarını Starmer bu gün səhər Küveytin vəliəhd şahzadəsi Sabah əl-Xalid əs-Sabah ilə telefon danışığı zamanı müzakirə edib.
Qeyd olunub ki, HHM-nin göndərilməsi barədə qərar İran pilotsuz uçuş aparatının gecə saatlarında Küveytdəki neft obyektinə hücumundan sonra qəbul edilib.
"Baş nazir Küveytin neft emalı zavoduna gecə saatlarında edilən hücumu pisləyib. O təsdiqləyib ki, Britaniya Küveyti və Fars körfəzindəki bütün müttəfiqləri dəstəkləyir", - məlumatda bildirilib.