IMG-LOGO

İsmayıl Bəqai: ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır

28 Mar 2026 23:36 2 baxış
IMG

İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

"İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin İran xalqına qarşı müharibəsinin son 30 günü ərzində qəsdən hücuma məruz qalan bir çox ali məktəb və tədqiqat mərkəzlərindən sadəcə ikisidir",- XİN-in sözçüsü bildirib.

İ. Bəqainin sözlərinə görə, ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır: "Universitetləri, tədqiqat mərkəzlərini, tarixi abidələri və görkəmli alimləri sistemli şəkildə hədəfə alaraq ölkəmizin elmi təməlini və mədəni irsini iflic etmək istəyirlər".

Xəbər lenti