Yamaykada 27 yaşlı qadın 5 aylıq körpəsini öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, qadın əri ilə mübahisə zamanı əsəbiləşərək, körpəsi ilə birgə evdən çıxıb.
Qadın binanın üçüncü mərtəbəsinə çıxıb və Destin adlı qızını beton döşəməyə atıb. Bu dəhşətli hadisədən sonra körpə dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq, o, dünyasını dəyişib.
Hadisə ictimaiyyətin kəskin qınağına və hiddətinə səbəb olub.