IMG-LOGO

Ukrayna SEPAH-ın Dubayda antidron sistemləri anbarına zərbə endirməsi barədə bəyanatını təkzib edib

28 Mar 2026 16:20 5 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dubayda Ukraynanın antidron sistemləri anbarının məhv edilməsi barədə bəyanatı həqiqətə uyğun deyil.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Georgi Tixiy məlumat verib.

"Bu məlumatı rəsmi qaydada təkzib edirik", - o bildirib.

Qeyd edək ki, SEPAH içərisində 21 ukraynalının olduğu anbarın məhv edildiyini bildirib.

Xəbər lenti