IMG-LOGO

Milyonçular vətəndaşlıqdan imtina etdi

29.02.2024 12:09 48 baxış
IMG

“Forbes”in siyahısının keçmiş üzvləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər. Bu barədə “Forbes” məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiyanın Kiprdəki səfirliyində milyonçular pasportlarından imtina ediblər. Onların yalnız Kipr vətəndaşlığı qalıb. Hər iki iş adamı uzun müddətdir ki, Rusiyada yaşamır. Baronov İsveçrədə, Timaşev isə ABŞ-da məskunlaşıb.

Sahibkarlar beş il ardıcıl olaraq - 2017-ci ildən 2021-ci ilə qədər “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqinə daxil edilib.

Qeyd edək ki, 2024-cü ildə dünyanın ən varlı adamları siyahısına düşmək çətinləşib. İndi ABŞ-ın ən varlı rezidentləri qrupuna qoşulmaq üçün minimum kapital 5,8 milyon dollar təşkil edir ki, bu da bir il əvvəllə müqayisədə 15% çoxdur. Ölkənin ən varlı adamları reytinqinə daxil olmaq üçün ən yüksək hədd Monakodadır – 12,8 milyon dollar. Lüksemburq və İsveçrədə isə bir qədər aşağıdır – 8 milyon dollar.

Xəbər lenti