IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar

28 Mar 2026 01:43 3 baxış
IMG

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Saqqallı ermənilər hərbi maşınlara güllə atırdılar" adlı veriliş Loru mahalı, Cəlaloğlu rayonu, Puşkino kənd sakini Şaban Həsənovun həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə anadan olduğunu, uşaqlıq, gənclik illərinin kənddə keçdiyini deyib: "Orta məktəbi rus dilində oxumuşuq. Kənd 371 evdən ibarət idi. Onun 51-də azərbaycanlı, qalanında ruslar yaşayırdı. Ermənilər yaşamırdı. Ruslarla mehriban yaşamışıq. Kənd düzənlikdə yerləşirdi, ətrafı dağ və meşə idi. Novruz bayramını keçirir, adət-ənənəmizi qoruyub saxlayırdıq. Ailədə beş uşaq idik".

Kənd sakini şahid olduğu hadisəni belə xatırlayıb: "1988-ci ilin oktyabr-noyabr ayında saqallı ermənilər kəndə gəlib deyirdilər ki, türklər buradan çıxsınlar, yoxsa qıracağıq. Bura Sumqayıtdan gələn erməniləri yerləşdirəcəyik. Onlar bizə vaxt qoymuşdular. Mən əsgərlikdən gələndən sonra kənddə yerləşən hərbi hissədə işə düzəlmişdim. Dinc əhali hərbi hissənin komandirinə müraciət etmişdi ki, yardım etsin. Biz camaatı kazarmaya yerləşdirdik.

Bir həftədən sonra komandirin tapşırığı ilə camaatı 11 hərbi maşınla Qazağa göndərdik. Yolda ermənilər 4 maşını atəşə tutmuşdular. Qasım Mustafayev adlı sakin yaralanmışdı. Qonşu Gərgərli kəndindən Bəsti Mustafayevanı döyüb, sonra üstünə benzin töküb yandırmışdılar. Biz camaatı çıxarandan sonra hərbi hissədə qaldıq. 1988-ci il dekabrın 6-da Cürcüstana, oradan da qatarla Bakıya gəldik".

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar

Xəbər lenti