İran İsrail Müdafiə Qüvvələrinin Təl-Əvivdəki nəqliyyat mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin dəstək bazası və ən böyük nəqliyyat qovşağı İran pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb", - agentlik bildirib.
15:48
Təl-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, səmada partlayış səsləri eşidilib.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını bildirib. Bu, günün əvvəlindən İran tərəfindən İsrailə dördüncü raket hücumudur.
Raketlərin düşməsi və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
İsrailin raket hücumları barədə xəbərdarlıq sisteminin məlumatına görə, həyəcan siqnalı ölkənin mərkəzi hissəsinin onlarla şəhərində, eləcə də İsrailin cənubunda aktivləşdirilib.