ABŞ Konqresində Demokratlar və Respublikaçılar maliyyənin dayandırılması səbəbindən federal hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almağa imkan verən razılaşmalar əldə ediblər.
"Report"un məlumatına görə, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.
Qəzetin Konqresdəki mənbəyinin sözlərinə görə, saziş bəzi dövlət qurumlarının maliyyələşdirilməsinin martın 8-dək, digərlərinin isə martın 22-dək uzadılmasını nəzərdə tutur. Qanunvericilər federal büdcə xərcləri ilə bağlı bir neçə qanun layihəsi üzrə konsensusa gəliblər.
Bizim WhatsApp kanalımıza abunə olun