Salyanda yaşayış evində bir nəfər yanaraq ölüb. Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Salyan rayonunun Kürsəngi kəndində qeydə alınıb. Yanan fərdi yaşayış evində həmin evdə yaşayan şəxsin yanmış meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.