IMG-LOGO

Salyanda avtomobil piyadanı vurub öldürdü - YENİLƏNİB

04 Oct 2025 22:01 147 baxış
IMG

Salyanda avtomobil qadın piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil  yolu keçən Salyan şəhər sakini, 1955-ci il təvəllüdlü Zeynalova Rəna Bəhlul qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

***

21:23

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Salyan şəhərində işıqforun keçidində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Mənbə: lent.az

Xəbər lenti